Şuşada Molla Pənah Vaqifin heykəlinin ucaldılmasıyla bağlı dünəndən etibarən sosial şəbəkələrdə məlumat paylaşılır.
Ucnoqta.az xəbər verir ki, Şuşada məhz Vaqifə heykəl ucaldılması iddiası vətəndaşlar arasında böyük narazılıq doğurub.
Digər bir iddia isə heykəlin Lerik rayonu ərazisində yerləşməsiylə və şair İmadəddin Nəsimiyə aid olmasıyla bağlıdır.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Nuridə Allahyarova heykəlin nazirlik tərəfindən sifariş edilmədiyini bildirib:
“Şuşada Molla Pənah Vaqifə aid ayrıca heykəl ucaldılmır. Sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən heykəlin sifarişçisi Mədəniyyət Nazirliyi deyil. Nəzərə almağınızı xahiş edirik”.