AYB-nin qurultayının keçiriləcəyi yer və vaxt açıqlanıb

15:23 - 13 Oktyabr 2022 - Mədəniyyət

Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı 26 oktyabr saat 10-da öz işinə başlayacaq.

Bu barədə Ucnoqta.az AYB-nin saytına istinadən xəbər verir.

Məlumata görə, qurultay Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək. Azərbaycan Yazıçılar Birliyinin dəvətilə Qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan iyirmidən çox qonaq iştirak edəcək. 26 oktyabr saat 9-da Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin və Azərbaycan yazıçılarının məzarı, daha sonra Şəhidlər Xiyabanı ziyarət ediləcək. Qurultay nümayəndlərinin siyahısı “Ədəbiyyat qəzeti”nin 22 oktyabr tarixli buraxılışında nəşr ediləcək.

Xəbər xətti