ABŞ Federal Ehtiyat Sistemi (Mərkəzi Bank, FED) faiz qərarını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, FED 21 sentyabr 2022-ci il iclasında uçot dərəcəsini 75 baza bəndi (0,75%) artırıb.
Bununla da uçot faiz dərəcəsi 2,50%-dən 3,25%-ə qaldırılıb.
FED ardıcıl üçüncü dəfədir faizini 75 bənd artırıb. Beləliklə, borclanma xərci 2008-ci ildən bəri ən yüksək aralıq olan 3%-3,25% diapazonuna çatıb.
FED-in faizinin dekabr ayına qədər 4%-ə, gələn il 4.5% - 5%-ə çatacağı gözlənilir.