Ucnoqta.az
www.ucnoqta.az

FED faiz dərəcəsini kəskin <font color=red><b>ARTIRDI</b></font>

22:20 - 21 Sentyabr 2022 tarixində dərc olunub.

ABŞ Federal Ehtiyat Sistemi (Mərkəzi Bank, FED) faiz qərarını açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, FED 21 sentyabr 2022-ci il iclasında uçot dərəcəsini 75 baza bəndi (0,75%) artırıb.

Bununla da uçot faiz dərəcəsi 2,50%-dən 3,25%-ə qaldırılıb. 

FED ardıcıl üçüncü dəfədir faizini 75 bənd artırıb. Beləliklə, borclanma xərci 2008-ci ildən bəri ən yüksək aralıq olan 3%-3,25% diapazonuna çatıb.

FED-in faizinin dekabr ayına qədər 4%-ə, gələn il 4.5% - 5%-ə çatacağı gözlənilir.

Müəllif: