Rusiyalı aktyor və rejissor Sergey Puşkepalis yol qəzasında dünyasını dəyişib.
Hadisə Rostov vilayətində baş verib. İlkin məlumata görə, onun olduğu “Ford Transit” markalı avtomobil Yaroslavl vilayətinin Rostov rayonunda M-8 magistralının qarşıdan gələn zolağında yük maşınına çırpılıb.
Avtomobilin sürücüsü və Puskepalis həlak olub, yük maşınının sürücüsü yaralanıb.
Qəzanın baş vermə səbəbi araşdırılır. ///unikal