Ucnoqta.az
www.ucnoqta.az

Rusiyalı aktyor faciəli şəkildə öldü

16:03 - 20 Sentyabr 2022 tarixində dərc olunub.

Rusiyalı aktyor və rejissor Sergey Puşkepalis yol qəzasında dünyasını dəyişib. 

Hadisə Rostov vilayətində baş verib. İlkin məlumata görə, onun olduğu “Ford Transit” markalı avtomobil Yaroslavl vilayətinin Rostov rayonunda M-8 magistralının qarşıdan gələn zolağında yük maşınına çırpılıb.

Avtomobilin sürücüsü və Puskepalis həlak olub, yük maşınının sürücüsü yaralanıb.

Qəzanın  baş vermə səbəbi araşdırılır. ///unikal

Müəllif: