Daha 2 hərbçimiz şəhid olub - MN

13:55 - 17 Sentyabr 2022 - Cəmiyyət

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin daha 2 hərbi qulluqçusu şəhid olub.

Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bununla da, erməni təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan hərbi qulluqçuların sayı 79-a çatıb.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
 

Baş leytenant Nəzəfzadə Hüseyn Abbasqulu oğlu - 11.10.1997.

Əsgər Omarov Eşqin Nəsib oğlu - 10.07.2003.

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan hərbi qulluqçuların siyahısı
 

Xəbər xətti