Şəhid Rəşad Qənbərli Cəlilabadda dəfn edilib - FOTO

20:50 - 16 Sentyabr 2022 - Cəmiyyət

Cəlilabad rayonundan olan daha bir şəhid əsgər dəfn edilib.

APA-nın xəbərinə görə, Ermənistanın təxribatı nəticəsində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri - Cəlilabad rayon sakini, Qənbərli Rəşad Əlizamin oğlu dəfn olunub.

Şəhidlə vida mərasimi rayonun Uzuntəpə kəndində keçirilib. Daha sonra şəhidin nəşi Uzuntəpə kənd qəbirstanlığına aparılaraq, torpağa tapşırılıb.

Dəfn mərasimində rayon rəsmiləri, şəhidin yaxınları, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, şəhid Rəşad Qənbərli 1996-ci ildə Cəlilabad rayonunda anadan olub.

 


Xəbər xətti