Elmlə təhsilin inteqrasiyası istiqamətində mühüm addımlar atılacaq
Ucnoqta.az xəbər verir ki, bu gün akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. Müəssisənin baş direktoru, akademik Vaqif Fərzəliyevin sədrliyi ilə keçirilən iclasda gündəlikdə duran məsələlər şura üzvlərinin diqqətinə çatdırılıb.
Baş direktor Prezident İlham Əliyevin 28 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanından irəli gələn və Aşqarlar Kimyası İnstitutu tərəfindən yerinə yetirlməli olan bir sıra məsələlərə toxunub. O, bildirib ki, elmlə təhsilin inteqrasiyası istiqamətində fəaliyyət daha da genişlənməli, ayr-ayrı universitetlərlə müştərək elmi tədqiqatlar, yüksək ixtisaslı kadr hazırlığı (doktorant, disertant, magistr), birgə qrant layihələri, tələbə və magistrantların təcrübəkeçməyə cəlb olunması kimi məsələlərə daha da önəm verilməlidir. “Bunun üçün İnstitutda fəaliyyət göstərən Bakı Dövlət Universitetinin “Neft kimyası və kimya texnologiyası” baza kafedrasının texniki imkanlarını artırmaq lazımdır”, deyə fikirlərinə əlavə etdi.
Toplantıda institutun 2023-cü il üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul planı, magistr pilləsi üzrə 2022/2023-cü tədris ili üçün “Üzvi kimya” ixtisasrı üzrə tədris planı müzakirə edilərək qəbul edilib.
İnstitutun Təhsil şöbəsinin müdiri, k.ü.f.d. Sədaqət Şamxalova 2022/2024-cü tədris ilində İnstitutun magistraturasına qəbul olunmuş bakalavriatlar, habelə 2022-ci tədris ilində institutun fəlsəfə doktoru hazırlığı üzrə dissertanturasına qəbul olunmuş dissertant haqqında məlumat verdi. Onların mövzuları və elmi rəhbərləri təsdiq olunub.
İclasda, həmçinin ayrı-ayrı laboratoriyalar üzrə elan edilmiş vakant vəzifələrə seçkilər keçirilib, həmin vəzifələrə İnstitutda bu ilin aprel ayında təşkil olunmuş elmi işçilərin attestasiyasının nəticələri və tövsiyələr nəzərə alınaraq gənc mütəxəssislərin irəli çəkilməsinə qərar verildi.