İran Rusiyaya ilk dron partiyasını göndərib - KİV

08:53 - 30 Avqust 2022 - DÜNYA

İran istehsalı olan PUA-ların ilk partiyası Rusiyaya çatdırılıb.

APA-nın xəbərinə görə, bu barədə “The New York Times“ ABŞ-dakı rəsmi mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, dronları Rusiyaya yük təyyarələri 19 avqustda çatdırıb. 2 ayrı növdən olan PUA-ların Ukraynaya qarşı istifadə edilməsi mümkündür.

Qeyd edək ki, bir müddət əvvəl İran Rusiyaya dron satışına dair xəbərləri təkzib edib.

Xəbər xətti