Ucnoqta.az
www.ucnoqta.az

İran Rusiyaya ilk dron partiyasını göndərib - <font color=red><b>KİV</b></font>

08:53 - 30 Avqust 2022 tarixində dərc olunub.

İran istehsalı olan PUA-ların ilk partiyası Rusiyaya çatdırılıb.

APA-nın xəbərinə görə, bu barədə “The New York Times“ ABŞ-dakı rəsmi mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, dronları Rusiyaya yük təyyarələri 19 avqustda çatdırıb. 2 ayrı növdən olan PUA-ların Ukraynaya qarşı istifadə edilməsi mümkündür.

Qeyd edək ki, bir müddət əvvəl İran Rusiyaya dron satışına dair xəbərləri təkzib edib.

Müəllif: