Laçın şəhəri, Zabux və Sus kəndlərinin Azərbaycana təhvil verilməsinə az qalıb. Ermənilər artıq evlərini tərk ediblər. Evləri tərk edən ermənilər öz xislətlərini saxlaya bilmir, evləri, meşələri yandırır.
Ucnoqta.az xəbər verir ki, Laçının Zabux kəndini tərk edən bir erməni isə evini yandırmağa imkan tapa bilməyib. O, donuzu kəsərək qanını otaqlara, evin divarlarına səpib, cəmdəyi isə hissələrə parçalayaraq müxtəlif yerlərdən asıb.