"Vətəndaş 100 manatlıq ərzaq alanda 118 manat ödəməyə məcbur olur"

10:08 - 25 Avqust 2022 - Cəmiyyət

"Ölkədə qiymət artımının qısa müddət ərzində qarşısını kəsə, inflyasiyanı azalda biləcək yeganə addım vergi və rüsumların azaldılmasıdır. Artıq iki aya yaxındır ki, REAL ərzaq məhsullarə və dərmanlarda ƏDV-nin 18%-dən 2%-ə endirilməsini təklif edib. Hökumət hesablanmış, rəqəmlərə və məntiqə söykənən təklifimizə nə “hə”, nə də “yox” deyə bilmir, çünki nəsə desə fikrini əsaslandırmalıdır".

Ucnoqta.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli bildirib.
Ekspertin sözlərinə görə, ölkənin bir nömrəli gündəmi inflyasiya və qiymət artımı, bununla mübarizə üçün atılacaq addımlar, təkliflər olmalıdır.

"Təklif, əslində çox sadədə və effektivdir – bu gün əhalinin 80%-ə yaxını ərzağı şəbəkə marketlərdən alır, onlar da ƏDV ödəyicisidir, ona görə də bu gün istənilən vətəndaş 100 manatlıq ərzaq ala 118 manat ödəməyə məcbur olur. Biz deyirik ki, vətəndaş 100 manatlıq ərzaq alanda buna 2 manat ƏDV ödəsin, yerdə qalan 16 manatını da başqa dərdinə-sərinə xərcləsin.

Ölkənin bir nömrəli gündəmi inflyasiya və qiymət artımı, bununla mübarizə üçün atılacaq addımlar, təkliflər olmalıdır, amma görünən odur ki, ictimai-siyasi gündəmi şouya, təhqiri-söyüşü əsas alətə çevirməyə maraqlı qüvvələr çoxdur, istədikləri kimi belə şoular düzəldib iştirakçıları yönləndirərək əsas məsələlərdən fikir yayındıra bilirlər.

Siyasətdə, ictimai fəaliyyətdə şou elementləri ola bilər, amma daimi şou göstərib bunu siyasət kimi təqdim etmək mənasız və ziyanlı fəaliyyətdir...",- o əlavə edib.

Xəbər xətti