"Azərsu" ASC əməkdaşının ölümü ilə bağlı rəsmi məlumat

12:34 - 23 Avqust 2022 - Cəmiyyət

Avqustun 22-də Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində 1965-ci il təvəllüdlü Qırımxan Qasımovun elektrik cərəyanı vurması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Ucnoqta.az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, Q.Qasımov "Azərsu" ASC-də çalışırmış.

Xəbər xətti