Tuneldə “Prado” aşdı - Foto

11:06 - 8 Avqust 2022 - HADİSƏ

Bu gün səhər saatlarında Sabunçu rayonunda ağır yol qəzası baş verib.

Novxanı-Bilgəh yolunun Pirşağıdan keçən hissəsindəki tuneldə “Toyota Prado” markalı avtomobil aşıb.

Yağış səbəbindən sürüşkənləşmiş yolda idarəetmədən çıxan minik avtomobili tunelin divarına çırpılıb və bir qədər süründükdən sonra aşıb.

Hadisə nəticəsində sürücünün ağır xəsarət aldığı bildirilir.

Xəbər xətti