Ucnoqta.az
www.ucnoqta.az

Tuneldə “Prado” aşdı - <font color=red><b>Foto</b></font>

11:06 - 8 Avqust 2022 tarixində dərc olunub.

Bu gün səhər saatlarında Sabunçu rayonunda ağır yol qəzası baş verib.

Novxanı-Bilgəh yolunun Pirşağıdan keçən hissəsindəki tuneldə “Toyota Prado” markalı avtomobil aşıb.

Yağış səbəbindən sürüşkənləşmiş yolda idarəetmədən çıxan minik avtomobili tunelin divarına çırpılıb və bir qədər süründükdən sonra aşıb.

Hadisə nəticəsində sürücünün ağır xəsarət aldığı bildirilir.

Müəllif: