Cəlilabadda ağır yol qəzası - 3 nəfər xəsarət alıb

21:38 - 17 İyul 2022 - HADİSƏ

Cəlilabadda yol qəzası nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə rayonun Cəngan kəndində qeydə alınıb. Cəlilabad sakinləri olan 1971-ci il təvəllüdlü Nisə Ağasaleh qızı Məlikova, 1986-cı il təvəllüdlü Ramilə Allahverdi qızı Abdullayeva və 1997-ci il təvəllüdlü Şahmar Aqil oğlu Abdullayev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.///apa

Xəbər xətti