Cəlilabadda ağır yol qəzası - <font color=red><b>3 nəfər xəsarət alıb</b></font>
21:38 - 17 İyul 2022 tarixində dərc olunub.
Cəlilabadda yol qəzası nəticəsində 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə rayonun Cəngan kəndində qeydə alınıb. Cəlilabad sakinləri olan 1971-ci il təvəllüdlü Nisə Ağasaleh qızı Məlikova, 1986-cı il təvəllüdlü Ramilə Allahverdi qızı Abdullayeva və 1997-ci il təvəllüdlü Şahmar Aqil oğlu Abdullayev Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.///apa