Gəncədə qonşular arasında kütləvi dava - Ölən var

09:30 - 15 İyul 2022 - HADİSƏ

Gəncədə qonşular arasında kütləvi dava olub. 

Şəhərin Səməd Vurğun küçəsində iki qonşu arasında dava düşüb. 

Dalaşan qonşuları ayırmaq istəyən, 1952-ci il təvəllüdlü Alim Məmmədov avtomobillə vurulub. 

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Dava zamanı xəsarət alanlardan başqa bir qadın da xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır. ///qafqazinfo

Xəbər xətti