Ucnoqta.az
www.ucnoqta.az

Gəncədə qonşular arasında kütləvi dava - <font color=red><b>Ölən var</b></font>

09:30 - 15 İyul 2022 tarixində dərc olunub.

Gəncədə qonşular arasında kütləvi dava olub. 

Şəhərin Səməd Vurğun küçəsində iki qonşu arasında dava düşüb. 

Dalaşan qonşuları ayırmaq istəyən, 1952-ci il təvəllüdlü Alim Məmmədov avtomobillə vurulub. 

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Dava zamanı xəsarət alanlardan başqa bir qadın da xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır. ///qafqazinfo

Müəllif: