Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Nematabad kəndində qeydə alınıb.
Velosipedlə hərəkətdə olan, 1964-cü il təvəllüdlü Paşa Qasımovu minik avtomobili vurub. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.