Ucnoqta.az
www.ucnoqta.az

Yevlaxda velosipedçini avtomobil vurub öldürdü

08:41 - 15 İyul 2022 tarixində dərc olunub.

Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Nematabad kəndində qeydə alınıb.

Velosipedlə hərəkətdə olan, 1964-cü il təvəllüdlü Paşa Qasımovu minik avtomobili vurub. Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Müəllif: