Koronavirusa yoluxanların sayı KƏSKİN ARTDI

18:26 - 14 İyul 2022 - Xəbər

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 174 yeni yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 794 092 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 831 nəfər müalicə olunaraq sağalıb, 9722 nəfər vəfat edib, aktiv xəstə sayı 539 nəfərdir.

Ölkədə son sutka ərzində 2911, hazırkı dövrədək isə 6 994 425 test aparılıb.

 


Xəbər xətti