Erməni əsgərin postda ölüsü tapıldı

16:24 - 14 İyul 2022 - Xəbər

Ermənistanda postlardan birində erməni əsgərin meyiti tapılıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

İyulun 14-də saat 10:25 radələrində şərq istiqamətindəki hərbi hissələrdən birinin döyüş mövqelərinin müddətli hərbi qulluqçusu, sıravi əsgər Arsen Manukyanın (2003-cü il təvəllüdlü) meyiti aşkar edilib. O, başından güllə yarası alıb.

Hadisə araşdırılır.

Xəbər xətti