Samirə Nəcəfzadəyə prokurorluqda yüksək vəzifə verildi

13:12 - 14 İyul 2022 - Xəbər

Baş Prokurorluqda yeni təyinat olub.

Ucnoqta.az xəbər verir ki, Samirə Nəcəfzadə Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Bu təyinat ölkədə həyata keçirilən uğurlu gender bərabərliyi siyasətinin prokurorluq orqanlarında davamıdır.

Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a məlumatı təsdiqləyib.

Qeyd edək ki, S.Nəcəfzadə əvvəllər Baş Prokurorluqda Dövlət ittihamının müdafiəsi üzrə idarədə prokuror vəzifəsində çalışıb.

Xəbər xətti