Ötən gün özünü asan gömrükçünün VİDEOSU

13:02 - 14 İyul 2022 - Cəmiyyət

Xəbər verdiyimiz kimi, ötən gün Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük idarəsinin mobil gömrük şöbəsinin rəis müavini Əli Cahangirli özünü asaraq intihar edib.

Ucnoqta.az Bakupost.az-a istinadən xəbər verir ki, bir müddət əvvəl Real TV-nin efirində onun müsahibəsi yayımlanıb.

Astara Gömrük postundan hazırlanan materialda inspektor Sahil Muradov və rəis müavini Əli Cahangirli gördükləri iş barədə məlumat veriblər.

Həmin görüntüləri təqdim edirik:

Xatırladaq ki, Ə. Cahangirli 12 il gömrük sistemində çalışıb. İşlə bağlı hansısa problemi olmayıb.

Baş verən hadisə Astara rayon prokurorluğunda araşdırılır.

Xəbər xətti