Sürücülərin NƏZƏRİNƏ: Bu gün saat 8:00-dan ...

07:57 - 14 İyul 2022 - Xəbər

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 10-13-cü kilometrlik hissəsində (Bakı şəhəri istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar 14 iyul tarixində saat 08:00-dan 18:00-dək yolun qeyd edilən hissəsində hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, təmir-bərpa işləri aparılan ərazidə əks istiqamət üzrə nəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təmin ediləcək.

Xəbər xətti