Gənc jurnalistlər üçün təlim keçiriləcək

14:13 - 13 İyul 2022 - MEDİA

Media Təhlil Mərkəzi gənc jurnalistlər və jurnalistika fakültəsinin tələbələri üçün təlim keçəcək.

Ucnoqta.az xəbər verir ki, “Rəqəmsal Jurnalistikanın əsasları” təlimində yüksəkixtisaslı spiker və mentorlar çıxış edərək, təcrübələrini bölüşəcək, iştirakçılara gələcək karyeralarında uğur qazanmağın sirlərini açacaq.

Təlim 5 gün davam edəcək.

Təlimin sonunda yüksək nəticə göstərən iştirakçılara sertifikat təqdim ediləcək.

Xəbər xətti