ATV rəhbərindən Mirşahinə CAVAB: “Az bilmir, çox danışmır, ...”

10:05 - 12 İyul 2022 - MEDİA

ATV kanalının baş direktoru Azər Xəlilov REAL TV-nin rəhbəri Mir Şahin Ağayevə Azərbaycandakı bəzi telekanalları tənqid etməsindən sonra cavab verib

Ucnoqta.az xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində yazıb:
“Ölkədə ən böyük izləyici auditoriyası olan media resursu. Qarabağın tarixi və Qarabağ həqiqətlərini Azərbaycan və dünya auditoriyasına elmi-kütləvi proqramlar silsiləsi vasitəsilə çatdıran fərqli özəl tekekanal. Erməni işğalından azad edilmiş torpaqlarımızdan sistemli və davamlı verilişlərin özəyi olan ATV telekanalı. Baxıldıqca sevilir, sevildikcə söyülür, söyüldükcə baxılır! ATV nə yerdə qalıb, nə də yerində qalıb. ATV öz yerini bilir, yolunu gedir, irəliləyir. Dostlarını sevindirir! Az bilmir, çox danışmır, baxılanı göstərir”.

Qeyd edək ki, Mir Şahin Ağayev dünən efirdə bir sıra telekanalları sərt tənqid etmişdi.


Xəbər xətti