Maştağada evin həyətində 104 kq narkotik bitki aşkarlanıb

11:16 - 7 İyul 2022 - Xəbər

Sabunçu rayonunda evin həyətində xeyli miqdarda çətənə kolu aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsinin 42-ci Polis Bölməsi və Quba Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini V.Quliyevin həyətindən kultivasiya yolu ilə yetişdirilən 104 kiloqramdan artıq çəkidə 6256 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

V.Quliyevin əvvəllər də məhkum olunduğu bildirilib.

Xəbər xətti