İsmayıllı rayonunda irigövdəli ağacın aşması nəticəsində bağlanan Muğanlı-İsmayıllı yolunda yaranan problem aradan qaldırılıb.
Ağac yoldan götürülüb.
Yolda hərəkət bərpa olunub.
12:36
İsmayıllı rayonunda iri gövdəli ağac aşaraq Muğanlı-İsmayıllı yolunu bağlayıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saat 10:30 radələrində Talıstan kəndi ərazisində, Muğanlı-İsmayıllı yolunun kənarındakı iri gövdəli ağaclardan biri aşıb.
Nəticədə yolun hər iki hərəkət zolağı bağlanıb. Yolda nəqliyyatın hərəkəti dayanıb, yüzlərlə avtomobil yolda qalıb. Hazırda yolun açılması üçün tədbirlər görülür.