Ucnoqta.az
www.ucnoqta.az

İsmayıllıda bağlanan yol açıldı<font color=red><b> - FOTO</b></font>

13:13 - 6 İyul 2022 tarixində dərc olunub.

İsmayıllı rayonunda irigövdəli ağacın aşması nəticəsində bağlanan Muğanlı-İsmayıllı yolunda yaranan problem aradan qaldırılıb.

Ağac yoldan götürülüb.

Yolda hərəkət bərpa olunub.


12:36

İsmayıllı rayonunda iri gövdəli ağac aşaraq Muğanlı-İsmayıllı yolunu bağlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu gün səhər saat 10:30 radələrində Talıstan kəndi ərazisində, Muğanlı-İsmayıllı yolunun kənarındakı iri gövdəli ağaclardan biri aşıb.

Nəticədə yolun hər iki hərəkət zolağı bağlanıb. Yolda nəqliyyatın hərəkəti dayanıb, yüzlərlə avtomobil yolda qalıb. Hazırda yolun açılması üçün tədbirlər görülür.

Müəllif: