Türkiyədə meymunçiçəyi xəstəliyi aşkarlandı

12:54 - 30 İyun 2022 - Xəbər

Türkiyədə 37 yaşlı bir nəfərdə meymunçiçəyi xəstəliyi aşkarlanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahretin Koca özünün rəsmi tviter səhifəsində açıqlama verib. İmmun sistemi çatışmazlığı olan xəstənin təcrid edildiyini vurğulayan nazir hazırda bu şəxsin təmasda olduğu insanların araşdırıldığını, başqa bir yoluxma halının aşkarlanmadığını bildirib.

Nazir bu xəstəliyin tənəffüs yolu ilə deyil, yaxın fiziki təmasla keçdiyini xatırladıb.

Xəbər xətti