Azərbaycanda avtobus kanala aşdı, sərnişin öldü

14:46 - 28 İyun 2022 - HADİSƏ

Qubada ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, hadisə iyunun 27-də saat 22 radələrində rayonun Hacıhüseynli kəndi ərazisində baş verib. Qımılqışlaq kənd sakini Sərxan Əlixanov idarə etdiyi “Ford Transit” markalı avtomobili Samur-Abşeron kanalına aşırıb.

Nəticədə sürücü sudan çıxarılıb, sərnişini Rəvan Əmirov isə suda boğulub.

Xəbər xətti