Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda avtobus kanala aşdı,<font color=red><b> sərnişin öldü</b></font>

14:46 - 28 İyun 2022 tarixində dərc olunub.

Qubada ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, hadisə iyunun 27-də saat 22 radələrində rayonun Hacıhüseynli kəndi ərazisində baş verib. Qımılqışlaq kənd sakini Sərxan Əlixanov idarə etdiyi “Ford Transit” markalı avtomobili Samur-Abşeron kanalına aşırıb.

Nəticədə sürücü sudan çıxarılıb, sərnişini Rəvan Əmirov isə suda boğulub.

Müəllif: