Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi – FOTO

13:56 - 26 İyun 2022 - Xəbər

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

Ucnoqta.az xəbər verir ki, Nazirliyin “Twitter” paylaşımında deyilir:

“Tək Vətən Hərəkatındakı qəhrəmancasına və fədakarcasına mübarizəsi ilə Qarabağdakı öz torpaqlarını işğaldan azad edərək, gücünü bütün dünyaya göstərən və bizləri də qürurlandıran Azərbaycan Silahlı Qüvvələrinin bu özəl gününü təbrik edir, qardaşlarımızı könüldən salamlayırıq”.

Xəbər xətti