Ermənistan Rusiyaya nota verdi

20:12 - 4 İyul 2025 - DÜNYA

 Ermənistan Xarici İşlər Nazirliyi Rusiya səfirinə Rusiya dövlət mediasında və rəsmi şəxslərin Ermənistan hakimiyyəti əleyhinə bəyanatları ilə bağlı nota təqdim edib.

Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan “Radar Ermənistan”ın yazılı sorğusuna cavab olaraq bildirib. Qeyd olunur ki, Rusiya dövlət telekanallarında Ermənistan hakimiyyətinə qarşı açıq-aşkar dost olmayan, bəzən düşmənçilik xarakterli təbliğat Ermənistan tərəfinin kəskin narazılığına səbəb olub.

Bəyanatda Rusiya Federasiyasının kütləvi informasiya vasitələrində Ermənistan Respublikası hökumətinə qarşı açıq-aşkar qeyri-dost, çox vaxt düşmənçilik xarakterli təbliğata qarşı kəskin etiraz ifadə edilir ki, bu da bəzi rəsmi şəxslərin, Rusiya Federasiyası Dövlət Dumasının deputatlarının, KİV-lərin və ekspert icmasının nümayəndələrinin bəyanatları ilə fəal şəkildə alovlanır.
Notada vurğulanır ki, canlı yayımda Rusiya dövlət televiziya kanallarında təhqiredici bəyanatlar və Ermənistan hakimiyyətinin fəaliyyətinə qarşı hücumlar qətiyyən yolverilməzdir və Ermənistan Respublikası ilə Rusiya Federasiyası arasında son yüksək səviyyəli səfərlərin müsbət nəticələrinin neytrallaşdırılmasına gətirib çıxarır.
Notada qeyd edilir ki, Rusiya Federasiyası Dövlət Dumasının ayrı-ayrı üzvlərinin Ermənistan Respublikasının hüquq-mühafizə orqanlarının dövlət çevrilişinə cəhdin qarşısının alınması üzrə qanuni hərəkətləri ilə bağlı şərhləri və bəyanatları nəinki təəccüb, həm də hiddət doğurur.

 

Xəbər xətti