Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

20:00 - 3 İyul 2025 - ÖLKƏ İÇİ

Milli Hidrometeorologiya Xidmətindən Yenisabah.az-a verilən məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.

Daşkəsən, Gədəbəy, Qusarda arabir yağış yağır. 

Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti arabir Culfada 22, Neftçalada 21, Bakıda və Abşeron yarımadasında 20, Naftalanda 18 m/s-yə çatır.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin iyulun 7-dək davam edəcəyi gözlənilir.

Xəbər xətti