ÜST-dən meymunçiçəyi ilə daha bir açıqlama

14:20 - 26 İyun 2022 - DÜNYA

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) "meymunçiçəyi" ilə mübarizə komitəsi belə nəticəyə gəlib ki, xəstəliyin yayılma miqyası hal-hazırda ictimai səhiyyədə beynəlxalq narahatlıq doğuran fövqəladə hal deyil.

Teleqraf.com xəbər verir ki, bu barədə komitənin iclasının yekunları üzrə dərc olunmuş məlumatda deyilir.

"Bir neçə komitə üzvü fərqli fikirlər söyləsə də, komitə konsensus olaraq ÜST-nin Baş direktoruna xəstəliyin yayılmasının hazırkı mərhələdə ictimai səhiyyədə beynəlxalq narahatlıq doğuran fövqəladə hal kimi xarakterizə edilməməsini tövsiyə etmək qərarına gəldi", - məlumatda qeyd olunur.

Xəbər xətti