Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Mərkəzdən Ucnoqta.az-a bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
1. Ziya Bünyadov prospektində, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən başlayaraq, Bakı Polad Zavodunun qarşısı – əsas və kənar yol da daxil olmaqla, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər - əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq
2. Gülarə Qədirbəyova küçəsinin Təbriz küçəsi ilə kəsişən hissəsindən, Xətai prospeki ilə kəsişən hissəsinə qədər, eyni zamanda istiqamət olaraq da, Xətai prospeki üzrə sıxlıq
3. Koroğlu Rəhimov küçəsinin Fətəli xan Xoyski prospekti ilə kəsişməyə qədər olan hissəsində, Akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq
4. Xətai prospektinin Firdovsi Məmmədov küçəsi ilə kəsişməsindən, Əbdüləzəl Dəmirçizadə küçəsi ilə kəsişməsinə qədər, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanı, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində sıxlıq
5. Heydər Əliyev prospekti – kənar yolda, Əliyar Əliyev küçəsi ilə kəsişmədən, Bağırov körpüsünün üzərinə sol tərəfdən dönən yola qədər, istiqamət olaraq isə Koroğlu metro stansiyası istiqaməti sıxlıq
6. Yusif Səfərov küçəsində 28 May küçəsi ilə kəsişməyə qədər, Üzeyir Hacıbəyli küçəsi istiqamətində sıxlıq
7. Salatın Əsgərova küçəsinin, Təbriz küçəsi ilə Ceyhun bəy Hacıbəyli küçələrinin kəsişməsindən, Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq
8. Həsən bəy Zərdabi prospektində 20 Yanvar dairəsi istiqamətindən, Qələbə dairəsi istiqamətində, eyni zamanda Akim Abbasov küçəsi ilə kəsişməyə qədər olan hissəsində, Mətbuat prospekti istiqamətində sıxlıq müşahidə olunur.