Təkcə narkomaniya deyil, zərərli vərdişlər haqqında interaktiv təlim keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, Azərbaycanda ilk dəfə olaraq İNSAN ƏHVALININ MƏRHƏLƏLƏRİ haqqında danışılacaq və uşaqlarla birlikdə İNSAN ƏHVALININ MƏRHƏLƏLƏRİ ŞKALASI hazırlanacaq...
"Bədənimiz və biz", "Beynimiz ən mükəmməl kompüterdir", "Qarabasma nə deməkdir" və s. kimi mövzuları əhatə edəcək söhbət auditoriyanın aktivliyindən asılı olaraq 45-60 dəqiqə davam edəcək.
Bu təlimi Bakı Uşaq və Gənclər Teatrının direktoru, bədii rəhbəri, aktyor, rejissor, respublikanın əməkdar artisti İntiqam Soltan aparacaq.
Gənclər arasında zərərli vərdişlərə qarşı mübarizə aparmaq üçün keçiriləcək təlimlər İntiqam Soltanın şəxsi təşəbbüsüdür.
Qeyd edək ki, artıq 285 saylı orta məktəbdə bu təlim keçirilib və maraqla qarşılanıb.