Uzun zamandır xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti Ağadadaş Ağayev səhhətindən söz açıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə müğənni ARB TV-də yayımlanan “Sözbaz” verilişində danışıb.
Ağayev artıq sağaldığını bildirsə də, yenidən səhnəyə qayıtmaq üçün tamaşaçılardan zaman istəyib:
“Artıq xəstəliklə vidalaşdım. Amma üç-beş aydan bir müayinəyə gedirik. Tamaşaçılar üçün darıxmışam. Səkkizə yaxın mahnı yazmışam, musiqisi özümə aiddir. Onları ərsəyə gətirmək üçün mənə iki ay zaman lazımdır. Dinləyicilər zaman versinlər, qayıdacağam”.
Qeyd edək ki, müğənni bir neçə dəfə İstanbulda əməliyyat olunub.
Ətraflı süjetdə: