Britaniya Kraliçası İlham Əliyevi təbrik etdi

12:58 - 25 May 2022 - Xəbər

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Ucnoqta.az xəbər verir ki, məktubda deyilir:

“Milli bayramınız – Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına təbriklərimi və xoş arzularımı çatdırıram.

Ümidvarıq ki, qlobal sağlamlıq problemlərini qətiyyət və mətanətlə birgə dəf edərək, gələcəkdə daha yaxşı günlər yaşayacağıq”.

Xəbər xətti