Ali Attestasiya Komissiyasının üzvü, tanınmış alim Arif Quliyev vəfat edib.
Professor 88 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, A.Quliyev 1934-cü ildə Aşqabad şəhərində anadan olub. O, 1978-ci ildə Moskvada SSRİ Elektro-Texnika Nazirliyinin "Kvant” Elmi-İstehsalat Birliyində şöbə müdiri vəzifəsinə təyin edilib. Məxfi istehsalat sahəsində çalışıb, bir sıra ixtiralarına görə patent alıb.
Yeni Texnologiyalar İnstitutunda rəhbər vəzifələrdə çalışıb. 1994-2003-cü illərdə Azərbaycan Aero-Kosmik Agentliyinin direktor müavini, direktorun müşaviri vəzifələrini tutub. 2003-cü ildən isə Prezident yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü, baş elmi katib, qurumun aparat rəhbəri vəzifələrində çalışıb.///qafqazinfo