MEDİA-nın İcraçı direktoru Aytən Məmmədova ilə görüşüb - YENİLƏNİB

14:49 - 10 May 2022 - MEDİA

Mayın 10-da Medianın İnkişafı Agentliyində İcraçı direktor Əhməd İsmayılovun jurnalist Aytən Məmmədova ilə görüşü keçirilib.

MEDİA-dan verilən xəbərə görə, Əhməd İsmayılov jurnalistin hücuma məruz qalması faktının Agentliyin diqqət mərkəzində olduğunu bildirib.
Aytən Məmmədova mayın 8-də Binəqədi rayonu ərazisində, yaşadığı binanın blokunda hücuma məruz qalması ilə bağlı fikirlərini bölüşüb.

İcraçı direktor bildirib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə operativ əlaqə saxlanılıb. Qeyd olunub ki, hadisə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nəzarətindədir və hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldıqdan, zəruri prosessual tədbirlər görüldükdən sonra hadisəyə hüquqi qiymətin verilməsi təmin ediləcək.


11:30

"Jurnalist Aytən Məmmədovaya bıçaqlı hücum olması ilə bağlı məsələ Medianın İnkişafı Agentliyinin nəzarətindədir".

Bunu Medianın İnkişafı Agentliyinin (MEDIA) rəhbəri Əhməd İsmayılov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Aytən Məmmədova ilə əlaqə saxlanılıb: "Bu gün Agentliyə dəvət olunub. Hadisə ilə bağlı bu gün ətraflı müzakirə aparılacaq. Məsələylə bağlı Daxili İşlər Nazirliyi ilə də əlaqə saxlanılıb. Jurnalistə hücumla bağlı məsələ onların da diqqətindədir. Məsələyə hüquqi qiymət verilməsi üçün müvafiq işlər görülür".

Xəbər xətti