Ramiz Quliyevin 75 illiyi qeyd olunacaq

17:55 - 27 Aprel 2022 - Mədəniyyət

6 may tarixində Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın xalq artisti, Dövlət Mükafatı laureatı, professor, beynəlxalq müsabiqələr laureatı, “Şöhrət” və “Şərəf” ordenli tarzən Ramiz Quliyevin anadan olmasının 75 və elmi-pedaqoji fəaliyyətinin 55-liyinə həsr olunmuş təntənəli gecə keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Beynəlxalq Muğam Mərkəzinin təşkilatı dəstəyi ilə keçirilir. Gecədə görkəmli tarzənin xatirələrindən ibarət yeni kitabın təqdimatı və ona həsr olunmuş sənədli filmin nümayişi planlaşdırılır.

Eyni zamanda professor Ramiz Quliyevin Bakı Musiqi Akademiyasının 100-liyinə həsr etdiyi iki tar və fortepiano üçün Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət iki məcmuənin təqdimatı da nəzərdə tutulub.

Xəbər xətti