"Moskva" kreyserinə görə admiral həbs edildi, qərargah rəisi isə ...

20:23 - 21 Aprel 2022 - Xəbər

Rusiyanın Qara dəniz donanmasının komandanı, admiral İqor Osipov vəzifəsindən çıxarılıb və dərhal həbs edilib. Qərarın “Moskva” kreyserinin Ukrayna tərəfindən məhv edilməsi ilə əlaqədar olduğu bildirilib.

Bu barədə “Defens Ekspress” məlumat yayıb.

Bildirilib ki, İ.Osipovun yerinə müvəqqəti olaraq Arkadi Romanov təyin edilib.

Bundan əlavə, komandanın müavini, qərargah rəisi Sergey Punçik barəsində isə araşdırma aparılır.///axar.az

Xəbər xətti