Peyvənd olunanların sayı açıqlandı - Foto

16:43 - 21 Aprel 2022 - Cəmiyyət

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 5 854 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Ucnoqta.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 608, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 313, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 4 579, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 354 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 614 545, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 336 229, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 837 732, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 202 881, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 237 703 nəfər təşkil edir.

Xəbər xətti