Sürücülərin NƏZƏRİNƏ: Bu yerdə cərimə yazılmayacaq - VİDEO

15:16 - 20 Aprel 2022 - AVTO

Bakıda sürücülərin kütləvi şəkildə cərimələndiyi prospektdə hərəkətin təşkilinə dəyişiklik edilib. 

Ucnoqta.az xəbər verir ki, paytaxtın Qara Qarayev prospektində (Neftçilər metrostansiyasının yanında, “LC Waikiki” mağazasının qarşısında) avtobus zolağında dayanan sürücülər Bakı Nəqliyyat Agentliyi tərəfindən məsuliyyətə cəlb edilirdi.

Cərimələnən sürücülərin narazılığı BNA tərəfindən müsbət qarşılanaraq hərəkətin təşkilinə dəyişiklik edilib. Belə ki, avtomobillərin rahat parklanması üçün cib tipli yerlər təşkil edilib. Bu barədə Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev Avtosfer.az-a açıqlamasında bildirib: “Orada cip tipli parklanma yeri təşkil edilib. Sürücülər avtomobilləri səkiyə paralel park edərsə o zaman avtobuslar da öz zolağı ilə rahat, maneəsiz hərəkət edə bilər. Parklanma nişanının altında parklanma qaydasını göstərən əlavə məlumat lövhəciyi də var. Sözügedən yerdə düzgün şəkildə parklanma edən sürücülər bundan sonra cərimələnməyəcək”.

Xəbər xətti