Partiya lideri polisin nəzarəti altında Quranı yandırdı - VİDEO

15:07 - 20 Aprel 2022 - Xəbər

İfrat sağçı Danimarka-İsveç vətəndaşı Rasmus Paludan bu dəfə İsveçdən sonra Danimarkada onlarla polisin himayəsi altında Quranı yandırıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, polisin Paludanın bu təxribatına yol verməsi də diqqətdən yayınmayıb.
Stram Kursun lideri, ifrat sağçı Danimarka-İsveç vətəndaşı Rasmus Paludan bu dəfə İsveçdən sonra Danimarkada da onlarla polisin himayəsi altında Quranı yandırıb. Danimarkanın Tarnbi şəhərində müsəlmanların yaşadığı Sneserevej məhəlləsində Quranı yandıran Paludanı onlarla polis və Danimarka Kəşfiyyat İdarəsinin (PET) mülki geyimli əməkdaşları onu mühafizə edib. Paludan bu çirkin hücumu İsveç polisinin onu qoruya bilməyəcəyini və Danimarka polisinin onu layiqincə qoruya bildiyini göstərmək üçün etdiyini izah edib.

​Qeyd edək ki, Paludan aprelin 14-də İsveçin Linköpinq şəhərində bir meydanda Quran-ı Kərimi yandırdıqdan sonra ölkənin bir çox şəhərində zorakılıqlar baş vermiş, 26-sı polis olmaqla 40 nəfər yaralanmış, 40-dan çox adam nəzarətə alınmışdı. Hadisələr zamanı 20-si polis maşını da daxil olmaqla bir çox avtomobil yandırılıb.

İrqçilik də daxil olmaqla bir çox cinayətə görə 2020-ci ildə bir ay həbs cəzası alan Paludanın Fransa və Belçika ilə yanaşı, digər Avropa ölkələrində də bənzər Quran yandırma aksiyaları planlaşdırdığı bildirilir.

Xəbər xətti